Toşakın Xəzər Lənkərana götürmədiyi futbolçu Mançester Sitidə!
7 iyul 2015 15:15
Türkiyə yığmasının və "Bursaspor"un hücumçusu Enes Ünal İngiltərənin "Mançester Siti" klubu ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bu transfer İngiltərə nəhənginə 3,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Enes Ünal vaxtilə "Xəzər Lənkəran"a keçə bilərdi. Belə ki, 2013-cü ildə Bakıda təşkil olunan "Xəzər Kuboku" zamanı qardaş ölkənin U-17 yığmasının heyətində yer alan futbolçu "Xəzər Lənkəran"ın maraq dairəsinə düşmüşdü. Amma o zaman komandanın baş məşqçisi olan Con Toşak onu komandaya cəlb etməkdən imtina etmişdi.