Kəpəz Sumqayıtın oyunçusu ilə gücləndi
7 iyul 2015 12:00
“Kəpəz” təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da sürdürür. Azerisport.az xəbər verir ki, Gəncə klubu “Sumqayıt”dan Budaq Nəsirovu bir illik icarəyə götürüb.
19 yaşlı yarımmüdafiəçi “sarı-göylər”in heyətinə qatdığı 17-ci, icarəyə götürdüyü 3-cü futbolçu olub. Nəsirovdan öncə “Qarabağ”dan Şəhriyar Əliyev ilə Tərlan Quliyev
heyətə cəlb olunub.
"Kəpəz" PFK-nın mətbuat xidməti