Samir Əliyev: Cavid fərdi məşq edir, Flavinyo isə tezliklə sıraya dönəcək
6 iyul 2015 18:45
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Cavid İmamverdiyevlə Flavinyonun hazırlıq durumundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Liqasına Cavid İmamverdiyevi yox, Ayltonu sifariş etməyimizin bircə səbəbi vardı. Cavid "Şaxtyor"la qarşılaşmada zədə almışdı. O, hələ də komanda ilə birgə məşq edə bilmir, fərdi hazırlıq keçir. Flavinyoya gəlincə, o, sağalmaq üzrədir və yaxın günlərdə komanda ilə birgə hazırlığa start verəcək. Amma onun optimal formaya düşməsi üçün zamana ehtiyac var".