Rayçeviç: Bakıda vurduğumuz 2 qol bizi mərhələ keçməyə məcbur edir
6 iyul 2015 15:30
Çernoqoriyanın "Mladost" klubunun yarımmüdafiəçisi Mirko Rayçeviç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Səfərdə vurduğumuz iki qol bizi bu mərhələni keçməyə məcbur edir. İstənilən halda doğma meydanda uğurlu çıxış etməliyik. Çətin olacaq. Çünki "Neftçi" güclü komandadır".
Qeyd edək ki, "Mladost" - "Neftçi" matçı iyulun 9-da keçiriləcək.