Mahmud Qurbanov: Rudar Qarabağla rəqabət apara bilməz
5 iyul 2015 16:00
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov son çempion "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Qarabağ" mövsümün sonunda bir neşə futbolçu ilə yollarını ayırsa da, komandanın özəyi saxlanılıb. Onlar da artıq bir neçə ildir birgə çıxış edən futbolçulardır. Həmin oyunçular arasında gözəl anlaşma var. Fikrimcə, Ağdam klubu həm ev, həm də səfər oyununda xüsusi çətinliklə üzləşməyəcək. Qrup mərhələsinə düşmək haqda danışmaq tezdir. Çünki növbəti mərhələlərdə hansı komanda ilə düşəcəkləri hələ, bəlli deyil. Amma "Rudar" "Qarabağ"la rəqabət aparacaq komanda deyil".