Lokomotiv Qarabağla oyun ərəfəsində Ludoqoretsə qalib gəldi
5 iyul 2015 11:00
Azərbaycan çempionu "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsindəki növbəti rəqibi - Rusiya "Lokomotiv"i yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Moskva klubu Bolqarıstan "Ludoqorets"i ilə qarşılaşıb.
Matç rusiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ"la "Lokomotiv" iyulun 7-də baş tutacaq.