Nazarovun komandasının yeni mövsümdəki ilk rəqibi bəlli oldu
4 iyul 2015 00:15
Almaniyanın ikinci Bundesliqasının yeni mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue"nin də rəqibi müəyyənləşib.
Belə ki, sözügedən klub yeni mövsümün açılış turunda "Qroyter Fyurt"la qarşılaşacaq. Bu görüş iyulun 25-də səfərdə baş tutacaq.