Akif İsmayılov: Sehrbaz deyilik, amma çatışmazlıqları aradan qaldırmaq üçün əlimizdən gələni edirik
3 iyul 2015 18:45
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Avropa Oyunlarına ev sahibliyi etmiş arenanın hazırkı durumundan bəhs edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Oyunlarından sonra təbii ki, qazonda müəyyən problemlər yaranıb. Xüsusilə, qapılardan birinin yaxınlığında problemlər var. Sehrbaz deyilik, amma yaranan çatışmazlıqları aradan qaldırmaq üçün əlimizdən gələni edirik. İstəyirik ki, "Qarabağ" maksimum yaxşı qazonda oynasın".
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Çernoqoriya "Rudar"ına qarşı ev oyununu məhz mərkəzi arenada keçirəcək. Həmin görüş iyulun 15-də baş tutacaq və saat 21:30-da start götürəcək.