Dadaşov Almaniya klubunda baxışdadır
3 iyul 2015 18:30
Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov karyerasını Almaniyanın "Şportfroynde Lotte" klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, millimizin forvardı artıq bir neçə gündür sözügedən klubun düşərgəsində baxışdadır.
Dadaşov bu komandanın Rumıniya "Panduri"si ilə yoxlama oyununda (0:3) iştirak etməyə də imkan tapıb. O, 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Şportfroynde Lotte" Almaniyanın Qərb Regional Liqasında çıxış edir. Rüfətin sonuncu klubu isə "Saarbryuken" olub.