Armando Kunqu: İnter cərimə zərbəsindən vurduğu qoldan başqa heç nə etmədi
Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan ev oyunundan sonra bunları söyləyib:
"Biz "İnter"dən daha yaxşı çıxış etdik və qələbəyə layiq idik. Amma səhvlər də futbolun bir hissəsidir. Səhvlər buraxdıq və ona görə belə nəticə ilə üzləşdik. Birinci hissədə daha yaxşı oynadıq. Çoxlu qol epizodu yaratsaq da, səhv etdik, onlardan yararlana bilmədik. Bu da problem yaratdı. "Laçi" rəqibindən daha yaxşı oynadı. Bunu həm meydanda gördüyümüz iş, həm də yaratdığımız qol epizodlarının sayı da göstərdi. "İnter" cərimə zərbəsindən vurduğu qoldan başqa heç nə etmədi".
Heç-heçəyə baxmayaraq, Kunqu komandasının mərhələ keçəcəyindən əmindir: "Biz cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin edə bilərik. Amma müdafiədə daha diqqətli oynamağımız lazımdır".