XL polşalı və xorvatiyalı oyunçu dəvət etdi
2 iyul 2015 15:45
"Xəzər Lənkəran" düşərgəsinə polşalı və xorvatiyalı oyunçu dəvət edib. Azerisport.az xəbər verir ki, Türkiyədə hazırlıq keçən komandanın polşalı legioneri qapıçıdır və azərbaycanlı futbolsevərlərə kifayət qədər yaxşı tanışdır.
Belə ki, cənublular vaxtilə "Simurq"da oynamış Pavel Kapsanı sınaqdan keçirəcəklər. Onun bu gün Nevşehirdə olması gözlənilir.
Xorvatiyalı futbolçu isə hücumçudur. Ante Mitroviç Kapsadan fərqli sabah komandanın düşərgəsinə gələcək. Hər iki oyunçu baxışdan uğurlu keçəcəyi halda, onlarla müqavilə imzalanacaq.