XL Türkiyə və İran klubları ilə yoxlama oyunları keçirməyə hazırlaşır
1 iyul 2015 18:00
"Xəzər Lənkəran" Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, cənub klubu burada beş yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
Potensial rəqiblər tam müəyyənləşdirilməsə də, "ağ-yaşıllar" İran və Türkiyə klubları ilə qarşılaşmaq üçün danışıqlar aparır. Sınaqçı rəqiblərin adları və tarixlər dəqiqləşdirilir.