Neftçi kapitansız qala bilər
1 iyul 2015 15:40
"Neftçi" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Çernoqoriya "Mladost"u ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu ilk matça ciddi itki ilə hazırlaşır.
Belə ki, komandanın kapitanı Flavinyo "Mladost"la Bakıdakı görüşü buraxa bilər. Buna səbəb onun ötən mövsümdə aldığı zədəsini hələ də tam sağaltmamasıdır.
Qeyd edək ki, "Neftçi" cəzalı olduqlarına görə ilk oyunda Erik Ramosla Kauenin də xidmətindən yararlana bilməyəcək.