Luka Peyoviç: Neftçi çox ciddi rəqibdir
1 iyul 2015 12:40
Çernoqoriyanın "Mladost" klubunun yarımmüdafiəçisi Luka Peyoviç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əlbəttə, "Neftçi" çox ciddi rəqibdir. Elə oldu ki, biz məhz bu komanda ilə qarşılaşası olduq. Onlarla oyunlara tam hazır olmalıyıq. Fikrimcə, göstərəcəyimiz çox şey var. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyimiz dəqiqdir".