Zirə daha iki futboçu ilə müqavilə imzaladı
30 iyun 2015 11:00
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Zirə" heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, elitanın debütantı daha 2 futbolçu ilə müqavilə imzalayıb.
Ruslan Tağızadə və Ruslan Cəfərov növbəti mövsümdə "Zirə"nin formasını geyinəcək. Tağızadə ilə 1 illik müqavilə imzalanıb. Cəfərov isə 2 illik müqaviləyə imza atıb.