Öncə Neftçi, sonra Mladost
29 iyun 2015 16:40
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Mladost” (Çernoqoriya) matçından bir gün öncə, 01.07.2015-ci il tarixdə “Bakcell Arena”da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların açıq məşqi keçiriləcək. Azerisport.az sizi həmin tədbirlərin proqramı ilə tanış edir.
Saat 19:30. “Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyevin mətbuat konfransı
Saat 20:00. “Neftçi” PFK-nın açıq məşqi (İlk 15 dəqiqə)
Saat 20:30. “Mladost” FK-nın baş məşqçisi Nikola Rakoyeviçin mətbuat konfransı
Saat 21:00. “Mladost” FK-nın açıq məşqi (İlk 15 dəqiqə)