Dmitri Nazarov oynadı, Karlsrue aşağı dəstə klubuna uduzdu
29 iyun 2015 16:00
Almaniyanın "Karlsrue" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, yeni mövsümə hazırlaşan ikinci Bundesliqa klubu aşağı liqada çıxış edən "Lar"la qarşılaşıb.
Matç "Karlsrue"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov komandasının start heyətində meydana çıxıb. Amma o, fasilədə əvəzlənib.