Elgün Uluxanov: Neftçidən təklif almamışam
29 may 2015 16:15
Moskva ÇSKA-sının müdafiəçisi Elgün Uluxanov "Neftçi"dən təklif aldığı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, ÇSKA-nın oyunçusuyam. Düzünü deyim ki, "Neftçi"dən rəsmi təklif almamışam. Rəsmi dəvət olsa, nədənsə danışmaq olar. Hazırda pul mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Mənim üçün daha vacib olan meydana çıxıb, oynamaqdır".