Ansi Aqolli: Belə bir final oyununa proqnoz vermək çox çətindir
27 may 2015 17:15
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının finalında üz-üzə gələcək İspaniyanın "Sevilya" və Ukraynanın "Dnepr" klublarının şanslarından danışıb. Azerispot.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, maraqlı oyun olacaq. "Sevilya" bu turnirin hazırkı qalibidir. Ümumiyyətlə, bu komanda son illərdə Avroliqanın ən uğurlu iştirakçılarındandır. Digər tərəfdə də Avroliqanın ən gözlənilməz və sürpriz komandası yer alır. Hər iki komanda qalib gələ bilər. Belə bir final oyununa proqnoz vermək çox çətindir".