Kaxaber Sxadadze: Georgi Nikolov bəzi suallarıma cavab verə bilmədi
27 may 2015 14:00
"İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadze paytaxt klubundan istefasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, Gürcüstan kanalına açıqlamasında bunları söyləyib:
"Klub prezidenti ilə görüşüm oldu. Qarşıdakı planlardan söhbət açdıq. Amma bəzi suallara cavab ala bilmədim. Klubun gələcək büdcəsinin necə olacağı bəlli deyil. Oyunçulara gəlincə, "İnter"də belə bir qayda var: kim mövsüm ərzindəki oyunların 70 faizindən çoxunda meydana çıxırsa, onunla müqavilənin müddəti artırılır. Belə oyunçuların arasında Baçana da (Kaxaber Sxadadzenin oğlu) var. Amma o, bu klubda qalmaq istəmir. Çünki daha iddialı komandada oynamaq istəyir".