Arif Əsədov: Neftçi mənim dövrümdə hələ optimal heyətlə oynamayıb
27 may 2015 13:00
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan Kubokunun final matçı öncəsi optimal heyətlə oynamaq istərdik. Amma sarı vərəqə cəzalısı və zədəli oyunçularımız olduğuna görə, yenə heyədə itkilərimiz var. "Neftçi" mənim rəhbərlik etdiyim dövrdə hələ optimal heyətlə oynaya bilməyib. Daim kimsə cəzalı və zədəli olur. Bizə kömək edə bilməyəcək oyunçuları gənclərlə kompensasiya etməyə çalışacağıq. Bu, onlar üçün özlərini göstərmək baxımından bir şans olacaq. Premyer Liqada mövsümün son oyunundan qalib ayrılmağa çalışacağıq. Çünki bizim hələ də üçüncü yeri tutmaq şansımız qalır".