Kramarenko: Syominlə bağlı sözlərimin belə böyük rezonans doğuracağını gözləmirdim
27 may 2015 00:20
"Neftçi"nin qapıçılar məktəbinin rəhbəri Dmitri Kramarenko bəyan edib ki, saytımıza verdiyi müsahibədə Yuri Syominin paytaxt klubunu çalışdırması ilə bağlı xəbərlərə münasibət bildirərkən dediklərinin bu qədər böyük rezonans doğuracağını gözləmirmiş. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gözləməzdim ki, Yuri Syomin barədə dediklərim belə böyük rezonansa səbəb olacaq. Birincisi, "Neftçi"nin baş məşqçisi Arif Əsədovdur. İkincisi, klubun baş məşqçi məsələsini mən həll etmirəm. Bu barədə qərarı Müşahidə Şurası qəbul edir. Jurnalist mənə Arif Əsədov gedəcəyi halda Syominin "Neftçi"ni çalışdırmaq şansları barədə sual verdi, mən də öz fikrimi bildirdim. Sözlərimin niyə belə rezonans doğurduğunu anlaya bilmirəm".