Yığmamızın debütantı klubunu dəyişə bilər
24 may 2015 15:00
Azərbaycan yığmasının Serbiya və Norveçlə oyunlarına dəvət alan debütant Elnur Cəfərov bu yay klubunu dəyişə bilər. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"da çıxış edən perspektivli futbolçu ilə başqa klublarımız da maraqlanır.
Hazırda bu yöndə danışıqlar gedir. Onun Premyer Liqanın digər klublarından birinə keçib-keçməyəcəyi mövsüm bitəndən sonra müəyyənləşəcək.