Ruslan Qurbanov oynadı, Hayduk Avroliqaya vəsiqə qazandı
24 may 2015 00:50
Xorvatiya çempionatında 35-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
Split təmsilçisi doğma meydanda "Zaqreb"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qurbanov matçın 73-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Hayduk" bu nəticə ilə sona bir tur qalmış Avropa Liqasına vəsiqəni təmin edib.