Vaqif Cavadovsuz Boluspor mövsümü qələbə ilə bitirdi
24 may 2015 00:15
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Orduspor"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Vaqif bu oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, Cavadovun komandası mövsümü 44 xalla 10-cu pillədə başa vurub.