35-ci turun favoritləri bəlli oldu
22 may 2015 11:00
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” bu turun mərkəzi oyununda "Qarabağ"la "İnter"in eyni şansa malik olduğu qənaətindədir.
Baş tutacaq görüşlərin əmsalları ilə aşağıda tanış ola bilərsiniz:
Topaz Premyer Liqası
35-ci tur
"Bakı" – "Neftçi" (4.00 – 3.00 – 1.50)
"Sumqayıt" – "Xəzər Lənkəran" (2.20 – 3.00 – 2.20)
AZAL – "Simurq" (1.90 – 2.90 – 2.70)
"İnter" – "Qarabağ" (2.20 – 3.00 - 2.20)