Amit Quluzadə Azərbaycana qayıdır
22 may 2015 00:20
Portuqaliyanın "Atletiko" klubunun azərbaycanlı yarımmüdafiəçisi Amit Quluzadə vətənə qayıtmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, həmyerlimiz Lissabon təmsilçisində heyətə düşməkdə çətinlik çəkir.
Bu üzdən də o, Azərbaycana qayıdıb, Topaz Premyer Liqasında çıxış edən klublardan birinə keçmək variantına baxır.