Dmitri Nağıyev: Pavel Paşayevin Azərbaycan yığmasında oynaması əla olar
21 may 2015 17:40
Ukraynanın "Dnepr" klubunun azərbaycanlı yarımmüdafiəçisi Dmitri Nağıyev bu ölkədə çıxış edən digər həmyerlimizin - Pavel Paşayevin Azərbaycan millisinə faydalı olacağına inandığını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Paşayevin Azərbaycan yığmasında oynaması əla olardı. O da vaxtilə "Dnepr"də oynayıb. Ukraynada ən perspektivli futbolçulardan biri hesab olunur. Əminəm ki, yığma komanda bundan ancaq fayda görəcək".