Şahin Diniyev Kəpəzdə!
21 may 2015 14:20
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev növbəti mövsümdən "Kəpəz"i çalışdıracaq. Azerisport.az saytına açıqlamasında bunu təcrübəli mütəxəssis özü də təsdiqləyib:
"Klub rəhbərliyi ilə görüşdən sonra ilkin razılığımı vermişəm. İyulun 1-dən işə başlamalıyam".
Qeyd edək ki, Diniyev 2004/05 mövsümündə də Gəncə təmsilçisində çalışıb. O, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərir.