Çeran Neftçiyə keçidini təkzib etdi
6 may 2015 13:15
"Simurq"un hücumçusu Draqan Çeran komandada yaranmış durumla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"yə keçdiyimi deyirlər? Bu, belə deyil. Mən heç təklif də almamışam. Komandaya kömək etmək üçün "Simurq"da qalmışam. Pul yoxdursa, hər şeyi bir kənara qoyub, komandadan getmək olmaz. Mən futbolu sevirəm və oyunumdan həzz almağa çalışıram. Ona görə də komandada qalmışam".