Anar Bəkirov: Gedənləri əvəzedici komandanın üzvləri əvəz edəcək
"Simurq"un prezidenti Anar Bəkirov komandanın aparıcı futbolçularının düşərgəni tərk etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada maliyyə durumu dəyişməz olaraq qalır. Kömək üçün AFFA-ya müraciət etmişik və onların cavabını gözləyirik. Klubu artıq altı legioner tərk edib. Bəzi legionerlər isə heyətdə qalmaqdadır. Onlarla danışıqları davam etdiririk. Digər tərəfdən də indiki vəziyyət bizə əvəzedici komandada yer alan perspektivli futbolçulara diqqət yetirməyə imkan verir. Hansı ki, bu komanda hazırda əvəzedicilərin çempionatında liderdir. Gedən əcnəbilərin əvəzində məhz əvəzedici heyətdə özünü yaxşı tərəfdən göstərən futbolçular əsas komandaya cəlb olunacaq. İstənilən halda komanda növbəti turda qarşılaşacağı "Bakı" ilə oyuna hazırlığı davam etdirir".