Fotoreportaj|Video|На русском

Futbol

Çingiz Abdullayev: Neftçi və Qarabağ oynayanda tərəf seçməkdə çətinlik çəkirəm

5 may 2015 11:30

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin azerisport.az saytına müsahibəsi

- Yenicə start verdiyiniz "Stadium Tur" layihəsi piardır, yoxsa imic xatirinə həyata keçirilən layihə?
- İmic barədə həmişə düşünmək lazımdır. Piar isə "Neftçi"yə lazım olandır. Əgər bununla Avropanın bütün yaxşı klubları məşğul olursa, niyə biz də etməyək? Biz klubumuzla maraqlanan hər kəsi bu işə cəlb etməyə çalışırıq.

- "Neftçi" ilə bağlı çoxsaylı şayiələr də yaranır. Sizin bunlardan xəbəriniz var?
- Bəli, mətbuatı izləyirəm, "Neftçi" barədə xəbərləri oxuyuram. Çatdırmayanda da mənə xəbər verirlər. Yaxınlarda özümə yeni köməkçi təyin etmək istəyirəm. Bu şəxs ictimaiyyətlə əlaqələrə cavabdeh olacaq. Amma bunun mətbuat xidməti ilə heç bir əlaqəsi yoxdur. Deyirlər ki, mən qohumlarımı "Neftçi"yə vəzifəyə gətirmişəm. Bu, gülməlidir. Biz kluba 6 adam gətirmişik. Vəli Qasımovla Dmitri Kramarenkonu siz tanıyırsınız. Onlarla yanaşı kluba hüquqşünas, təhlükəsizlik xidmətinə rəhbər və daşınma xidmətinə iki nəfər cəlb etmişik. Son üç nəfər Qarabağ müharibəsi veteranıdır. Mənə maraqlı gəlir ki, "Neftçi"nin yazıçıya tapşırıldığını deyirər, amma heç kim hüquqşünasa tapşırıldığını demir. Siyasətə diqqət yetirsəniz görəcəksiniz ki, əksər ölkələrə də hüquqşünaslar rəhbərlik edir. Elə onların arasında Barak Obama ilə Vladimir Putinin adını çəkmək yetərlidir.

- Azarkeşlər də "Neftçi"ni çox tənqid edirlər...
- Düz edirlər. "Neftçi" Azərbaycanda ən titullu klubdur. İndiki nəticələr isə fanatları qane etmir. Üçüncü yerdə qərarlaşmışıq, kubokun finalına çıxmışıq. Azarkeşləri isə yalnız birincilik qane edir. Biz də bunu istəyirik.

- Belə çıxır ki, "Neftçi" növbəti mövsümdə çempionluğa oynayacaq?
- Bəli, başqa cür ola da bilməz.

- Sizə elə gəlmir ki, hazırda Azərbaycan futbolunun lideri "Qarabağ"dır?
- Bu komandanı yaxşı tanıyıram. Əla futbolçulara, azarkeşlərə malik yaxşı klubdur. Mənim də bir tərəfim Qarabağdandır, ona görə də bu kluba çox azarkeşlik etmişəm. Yeri gəlmişkən, son turda "Qəbələ" ilə heç-heçədən narazı qaldım, "Qarabağ"ın qələbə qazanacağını gözləyirdim. "Qarabağ"la "Neftçi" oynayanda isə hansısa tərəfi tutmaqda çətinlik çəkirəm. Sonda isə təbii ki, öz komandamıza üstünlük verirəm.

- "Neftçi"nin durumunu necə qiymətləndirə bilərsiniz?
- Azarkeşlərin niyə narazı olduğunu bilirəm. Amma yenə də Sadıq Sadıqovun dövründə qazanılan uğurları yüksək qiymətləndirirəm: üç çempionluq, iki kubok, bir dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq. Klubda Müşahidə Şurasını yaratmaq mənim yox, AFFA-nın qərarıdır. Bu, hər yerdə belədir: Türkiyədə də, İspaniyada da.

- "Neftçi"nin bazası digər klubların şəraiti ilə müqayisədə öyünüləsi vəziyyətdə deyil...
- Bəli, elədir. Biz bu bazanı tərk etmək, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna köçmək istəyirik. Orada yeni bazamız olacaq. Arena haqda da düşünmək olar.

- Sizə elə gəlmir ki, bizim klubların sərgildiyi futbolla azarkeşləri stadiona cəlb etmək çox çətindir?
- Başa düşürəm ki, çempionatımızdakı oyunlar azarkeşləri stadiondan uzaq salır. Mənə elə gəlir ki, futbolda ziyalılığı geri qaytarmaq lazımdır. Çünki 60-80-ci illərdə stadionu məhz yaşlılar, ziyalılar doldururdular. Yeri gəlmişkən, azarkeşlərin məni qəbul etməsi çox xoşdur. "Sumqayıt"la oyunun fasiləsində 1:2 hesabıyla məğlub durumda olarkən tribunaya qalxdım. Mənə dedilər ki, azarkeşlər indi "İstefa" qışqıracaqlar. Amma əvəzində onlar bəzi oynaya bilməyən futbolçuları əvəzləməklə bağlı istəklərini çatdırdılar.

- "İnter", "Simurq", "Bakı", "Xəzər Lənkəran" kimi klublarda maliyyə vəziyyətinin yaxşı olmaması da çempionatın səviyyəsinə az təsir göstərmir...
- Sakit olun, onlara heç nə olmayacaq. Onlar çempionatdakı çıxışını davam etdirəcəklər. Fikrimcə, bütün klublarımızda Müşahidə Şurası yaradılmalıdır. Klublar sponsordan asılı olmamalıdırlar. Çünki sponsorun problemi yaranan kimi, çətinliklər üzə çıxır. Belə olmamalıdır. Amma hətta Abramoviç də getsə, "Çelsi"yə heç nə olan deyil.

- Sizcə, yeni sistemə keçmək üçün nə qədər vaxt lazımdır?
- Təxminən, bir il. Biz hətta gələcəkdə direktorla şurası yaratmaq istəyirik ki, futbolla peşəkar səviyyədə məşğul olsunlar.

- "Neftçi" çempionatda üçüncülüyü əldən versə, finalda uduzsa, necə olacaq?
- Ümid edirəm ki, belə olmayacaq. İstənilən halda avrokuboklara vəsiqə qazanmışıq. Ardıcıl dördüncü dəfə kubokun finalına vəsiqə qazanmaq da bir uğurdur.

- Avrokuboklar üçün heyəti gücləndirəcəksiniz?
- Biz bu işlərlə məşğul olmağa hazırlaşırıq. Amma "Qarabağ"la final matçının nəticəsindən çox şey asılıdır. Hər şeyə iyulun 1-də aydınlıq gələcək.

- Belə çıxır ki, finalda uduzsanız, böyük dəyişikliklər olacaq?
- Bəli, bizə güclü futbolçular lazımdır. Amma mən kimləri göndərəcəyimizi, kimlərlə maraqlandığımızı deməyəcəyəm.

- Baş məşqçi Arif Əsədovdan narazı olanlar çoxdur...
- Bundan xəbərim var və azarkeşlərin təzyiqini başa düşürəm. Amma biz belə addım atmağa hazırlaşmırıq. Əsədov "Neftçi"ni kubokun finalına çıxarıb, "İnter"ə qalib gəlib.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah