Georgi Lomaya sıraya döndü
4 may 2015 20:15
"İnter" Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın bu gün baş tutan məşqində uzun müdddətdir zədədən əziyyət çəkən qapıçı Georgi Lomaya da iştirak edib.
O, hələlik, yüngül qaçışlarla kifayətlənir. Lomaya ilə yanaşı, zədəsini sağaldan Asif Məmmədov da komanda ilə məşqlərə başlayıb.