Amit Quluzadəsiz Atletiko məğlub oldu
4 may 2015 01:15
Portuqaliya ikinci liqasında 42-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Santa Klara" ilə qarşılaşıb. Görüş "Atletiko"nun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Amit bu qarşılaşmanın iştirakçıları sırasında yer almayıb.
Qeyd edək ki, "Atletiko" hazırda 39 xalla 22-ci pillədə qərarlaşıb.