Cəmşid oynamadı, Adanaspor uduzdu
4 may 2015 00:15
Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Osmanlıspor"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Cəmşid bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Adanaspor" hazırda 36 xalla 14-cü pillədə qərarlaşıb.