Vəli Qasımov: Neftçi Araz Abdullayevi Qarabağa göndərməyə hazırlaşmır
30 aprel 2015 17:00
"Neftçi"nin idman direktoru Vəli Qasımov Araz Abdullayevin yayda "Qarabağ"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz Abdullayev "Neftçi"nin futbolçusudur və klub gələcəkdə də ona ümid edir. Biz onu "Qarabağ"a buraxmağa hazırlaşmırıq. Bundan söhbət də gedə bilməz".