Anar Bəkirov: Polyak maaşını tələb etməkdə haqlıdır
28 aprel 2015 13:30
"Simurq"un prezidenti Anar Bəkirov komandanın üzvü Stepan Polyakın son ayların pulunu almayacağı halda FİFA-ya şikayət edəcəyi barədə dediklərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, onun fikridir və öz maaşını tələb etmək haqqı var. Qaydalara görə o, belə edə bilər. Amma ümid edirəm ki, bu, baş verməyəcək. Polyakla müqavilə imzalayanda orada bütün nüanslar nəzərə alınıb. Başqa deyiləsi bir şey yoxdur. Biz də futbolçular kimi, klubun sponsorunun verdiyi sözü gözləyirik. Bütün borclar ödənilməlidir. Hamımız bunu gözləyirik. Pul olan kimi, bütün futbolçuların borcunu ödəyəcəyik".