PFL rəsmiləri Qəbələyə yollandı
27 aprel 2015 15:15
Peşəkar Futbol Liqasının rəsmiləri Qəbələyə yollanıblar. Azerisport.az xəbər verir ki, iyunun 3-də burada ölkə kubokunun final matçı keçiriləcək.
PFL rəsmilərinin bölgəyə səfərində də məqsəd "Neftçi" ilə "Qarabağ" arasında keçiriləcək final matçının baş tutacağı arenaya baxmaq, burada təşkilati işlərlə məşğul olmaqdır.