Fotoreportaj|Video|На русском

Futbol

Topaz Premyer Liqasında 31-ci tur həyəcanı

25 aprel 2015 00:00

Bu gün Topaz Premyer Liqasında 31-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun matçları eyni gündə baş tutacaq.

Son dövrlər uğurlu çıxışı ilə diqqət çəkən, ardıcıl 7 qələbəyə sevinən “Qəbələ” bu dəfə səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Bu klublar arasında keçirilmiş əvvəlki 25 oyunda cənubluların üstünlüyü diqqət çəkir. "Ağ-yaşıllar" 13 dəfə qələbəyə sevinən tərəf olub. 6 dəfə heç-heçə qeydə alındığı halda, eyni sayda da "Qəbələ"nin 3 xala sevindiyi oyun olub. Top fərqində də cənubluların üstünlüy var - 36:23. Əyalət klublarının son 5 oyununda “Xəzər Lənkəran” meydanı qolsuz tərk etməyib. “Qəbələ” ardıcıl 3 səfər oyununda qol vura bilməyib. Bu mövsüm baş tutan oyunlara gəlincə, Qəbələdə keçirilmiş ilk dövrənin oyununda heç-heçə qeydə alınmışdı - 1:1. "Xəzər Lənkəran" öz meydanında "Qəbələ"ni darmadağına (3:0) məruz qoysa da, üçüncü dövrədəki son oyunda qəbələlilər 3:1 hesabıyla üstün olmuşdular. Bölgə təmsilçilərinin bu dəfəki duelinin necə başa çatacağı maraqla gözlənilir. "Qəbələ" ardıcıl 8-ci qələbəsini qazanmaq iddiasında olduğu qarşılaşmanın favoriti göstərilsə də, gənclərdən qurulan "Xəzər Lənkəran"ın da asanlıqla təslim olmayacağını proqnozlaşdırmaq olar.

Son dövrlər kubok oyunları da daxil olmaqla "Qarabağ"la üç görüşə çıxan "Simurq" nəhayət ki, bu gün fərqli rəqiblə qarşılaşmalı olacaq. Zaqatala klubu səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. “Simurq” bu komanda ilə əvvəlki 13 oyunda böyük üstünlüyə malikdir. Belə ki, sumqayıtlılar cəmi 1 dəfə qələbə qazandığı halda, zaqatalalılar 10 dəfə belə uğurza imza atıblar. 2 dəfə isə tərəflər meydanı 1 xalla tərk ediblər. Top fərqi də "Sumqayıt" üçün ürəkaçan hesab oluna bilməz - 9:22. Son 4 matçda hər iki komanda qol sevinci yaşayıb. Zaqatala təmsilçisi isə bu rəqibi ilə bütün qarşılaşmalarda rəqib qapısına yol tapıb. Cari mövsüm keçirilən oyunlarda isə bütün mümkün nəticələr qeydə alınıb. Bir sözlə, "Simurq" öz meydanında 3:2, "Sumqayıt" da 2:1 hesabıyla üstün olub. Zaqatalada baş tutan son oyunda isə 1:1 hesablı bərabərlik qeydə alınıb.

Liderin əsas izləyici "İnter" paytaxt derbisində AZAL-ı qəbul edəcək. Bakılıların indiyə qədər baş tutan əvvəlki 25 oyununda "İnter" daha çox - 8 qələbə qazanıb. Paytaxt derbisində ən çox - 12 heç-heçə qeydə alınıb. 5 dəfə isə "təyyarəçilər" qələbəyə seviniblər. Top fərqində "İnter"in cüzi üstünlüyü var - 22:20. “İnter” ardıcıl 6 oyunda  məğlubiyyətlə üzləşmir. AZAL son 7 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib. Bu mövsüm keçirilən oyunlara gəlincə, Şüvəlanda baş tutan hər iki görüş eyni hesabla (1:1) başa çatıb. "İnter Arena"dakı görüşdə isə meydan sahibləri minimal hesablı qələbəyə sevinib - 1:0. Elə bu dəfə də Kaxaber Sxadadzenin komandasının qələbə qazanması ehtimalı yüksəkdir.

Turun mərkəzi oyunu isə bütün çempionatların iştirakçısı olan, ilk “üçlük”də qərarlaşan “Neftçi” və “Qarabağ” arasında keçiriləcək. Azərbaycan çempionatlarında ən çox qarşılaşan komandalar 60-cı dəfə görüşəcək. Yubiley oyunu öncəsi üstünlüyə malik “Qarabağ” qalib gəlsə, 20-ci qələbəsini qazanacaq. Bütövlükdə 17 qələbəsi olan “Neftçi” son 7 qarşılaşmada rəqibini məğlub edə bilməyib. Tərəflər daha çox (23 dəfə) meydanı 1 xalla tərk etməli olublar. Top fərqində də "Qarabağ"ın minimal hesablı üstünlüyü var - 56:55. Bu mövsüm baş tutmuş əvvəlki Azərbaycan derbilərində "Qarabağ" qələbə qazanıb - 3:1, 1:0. Maraqlıdır ki, ağdamlılar bu qələbələrin hər ikisini səfərdə əldə edib. Baxmayaraq ki, ağdamlılar ev oyununda qolsuz heç-heçəyə razılaşıblar.

Topaz Premyer Liqası
31-ci tur

25 aprel (şənbə)

17:00. “Xəzər Lənkəran” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17:00. “Sumqayıt” - “Simurq”
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

18:00. “İnter” - AZAL
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “İnter Arena”.

19:00. “Qarabağ” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bakcell Arena”.

Bombardirlər:
13
- Nurlan Novruzov ("Bakı").
12 - Draqan Çeran ("Simurq").
9 - Reynaldo Silva ("Qarabağ"), Məhəmməd Qurbanov (“Sumqayıt”), Nikolas Kanales ("Neftçi"), Cavid Hüseynov ("Qəbələ").
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter").
7 - Rəşad Eyubov ("Simurq").

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah