Arif Əsədov: Neftçi hələ Premyer Liqadakı hədəfinə çatmayıb
24 aprel 2015 12:30
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çox çətin, eyni zamanda maraqlı oyun gözləyir. Yaxşı futbol göstərib, nəticə qazanmağa çalışacağıq. Heyətdə itkilərimiz var. Onların sıraya qayıtmasını gözləyirik. Özlərini göstərmələri üçün başqa futbolçulara şans verməyə çalışacağıq. Amma bu, oyunun məsuliyyətini qətiyyən azaltmamalıdır. Çünki biz hələ Premyer Liqadakı hədəfimizə çatmamışıq. Mövsümü mükafatçılar sırasında bitirmək istəyirik".