Nikolay Adam: Azərbaycanda beş il idi çalışırdım və mənə yeni çağırış lazım idi
24 aprel 2015 00:40
Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 komandasını seçməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:
"Azərbaycanda beş il idi çalışırdım. Mənə yeni çağırış lazım idi. Belə bir zamanda Hindistandan yaxşı təklif aldım. Nəticədə, bura gəlməyə qərar verdim".