Draqan Çeran: Qarabağ Neftçidən daha yaxşı vəziyyətdədir
24 aprel 2015 00:10
"Simurq"un hücumçusu Draqan Çeran Azərbaycan Kubokunun finalında baş tutacaq "Qarabağ" - "Neftçi" oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda "Qarabağ" "Neftçi"dən daha yaxşıdır. Amma bakılılar da uğur qazana bilərlər. Ötən il kuboku onlar qazanıblar. Fikrimcə, çox yaxşı oyun olacaq. Kimin qalib gələcəyini isə indidən proqnozlaşdıra bilmərəm".
Çeran həmçinin klubu ilə gələcək əməkdaşlıq perspektivindən də söhbət açıb: "Mən hələ bu barədə dəqiq heç nə deyə bilmərəm. Qalıb-qalmayacağımdan danışmaq üçün çox tezdir. Mövsümün başa çatmasını gözləmək daha yaxşıdır. Məhz onda nəyin necə olacağı dəqiq bilinəcək".