Ansi Aqolli: Qarabağla Simurq hələ də finala çıxmaq üçün eyni şansa malikdir
20 aprel 2015 15:15
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Simurq"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir həftədə üç oyun keçirmək çox çətindir. Bu, hazırlıq üçün də çox az vaxtdır. Digər tərəfdən bütün oyunlarımızı eyni rəqibə qarşı keçiririk. "Simurq" pis komanda deyil. Heyətində əla futbolçular var. Nəticə qazanmağa qadir komandadır. Əlbəttə, inamlı qələbə qazanmağımızı istərdim. Amma futbolda hər şey olur. Həm də unutmamalıyıq ki, bu, kubok görüşüdür. Biz ağıllı oynamalıyıq. Hər iki komandanın finala çıxmaq şansı eynidir".