Məhərrəmov Adanasporun böyük hesablı qələbəsini gördü
19 aprel 2015 19:00
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Albimo Alanyaspor"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Adanaspor" hazırda 35 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.