Subaşiç Manisasporu xilas edə bilmədi
19 aprel 2015 18:30
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Osmanlıspor"la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Subaşiç meydana 81-ci dəqiqədə çıxsa da, oyunda dönüş yarada bilməyib.
Qeyd edək ki, "Manisaspor" hazırda 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.