Rüfət Dadaşov 15 dəqiqə oynadı, komandası uduzdu
19 aprel 2015 13:55
Almaniyada Cənub-qərb regional liqasının 29-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Trir "Ayntraxt"ını qəbul edib. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Dadaşov matçın 75-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Saarbryuken" hazırda 60 xalla ikinci pillədə qərarlaşıb.