Toğrul Erat üçün 90 dəqiqə
18 aprel 2015 14:15
Almaniya ikinci Bundesliqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə "İnqolştadt"la qarşılaşıb. Oyun futbolçumuzun klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Fortuna" hazırda 40 xalla yeddinci pillədə qərarlaşıb.