Mahir Şükürov Karşıyaka klubundan 40 min dollar tələb edir
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubundan FİFA-ya şikayət edə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, müqaviləyə xitam verildiyinə görə, Şükürov İzmir klubundan 40 min dollar tələb edir. Əgər Türkiyə təmsilçisi bu məbləği futbolçumuza ödəməsə, o, dünyanın ali futbol qurumuna müraciət edəcək.
Qeyd edək ki, millimizin heyətinə çağırılan futbolçu klubun düşərgəsinə gec qayıtdığına görə, klub rəhbərliyi onu 7500 dollar cərimə edərək, əvəzedici komandaya göndərmişdi. Amma futbolçu bu qərarı ədalətsiz hesab etdiyindən əvəzedici heyətlə məşqə və oyuna çıxmaqdan imtina etmiş və buna görə də 10 000 dollar cərimələnmişdi. Nəticədə, həm klub, həm də futbolçu müqaviləyə birtərəfli qaydada xitam verib. Amma izmirlilərin Mahirə 40 min dollar verəcəyi olduğundan o, bu pulu almaqda israrlıdır.