Rövnəq Abdullayev: Yığma komandamız daha yaxşı oynamalıdır
28 mart 2015 23:30
AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, 2:0 hesablı qələbədən sonra o, bunları söyləyib:
"Vacib oyun idi. Yaxşı ki, qalib gəldik. Bu, həm də Robert Prosineçkinin ilk qələbəsi oldu. Layiqli qələbə qazandıq. Malta sıradan rəqib deyil. Onlar səfərdə Bolqarıstandan xal almağa nail olmuşdular. Bizim komandamız isə daha da inkişaf etməlidir, daha yaxşı oynamalıdır. Millimizə gələcək oyunlarında uğurlar arzulayıram".