Yığmamız Rusiyaya məğlub oldu
28 mart 2015 12:00
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə Rusiya komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə başa çatıb.
Yığmamız turnir çərçivəsində martın 29-da Portu region yığması ilə üz-üzə gələcək.
Xatırladaq ki, ilk oyununda millimiz Portuqaliya yığmasına 0:5 hesabıyla uduzmuşdu.